+99455 205 30 74

info@safgubre.az

Öz biznesini qur

Əziz dostlar

Əgər siz müstəqil bir şəkildə öz brendiniz altında mağaza açıb işlətmək istəyirsənizsə, Saf Gübrə MMC sizə gübrə və dərman pereparatlarının sərfəli qiymətə topdan satışını təmin edə bilər. Hazırda 100 dən çox çeşidi ilə hər cür gübrələrin, pestisidlərin, herbisidlərin, funqisidlərn və s. kimi kənd təsərrüfatı məhsullarının satışını həyata keçirən şirkətimiz əldə etdiyi təcrübə ilə sizə öz biznesinizi qurmaqda köməklik edə bilər. Bunun üçün tərəflər arasında bağlanacaq müqavilə əsasında şirkətimiz ən münasib qiymətlərlə sözügedən məhsullarla sizin mağazanızı tam təchiz edə bilər. 

Bunun üçün aşağıda “müraciət et” səhifəsindən keçid edərək göstərilən formu dolduraraq müraciətiniz bizə ünvanlayın. Müraciətinizdə öz layihənizi ətraflı təsvir edərək hansı istiqamətdə dəstək istədiyinizi bizə bildirin. Qısa zaman ərzində sizin müraciətinizə baxılacaq və sizinlə əlaqə saxlanılacaqdır. Tərəflər arasında razılıq əldə edildiyə təqdirdə “əməkdaşlıq müqaviləsi” imzalanaraq müvafiq dəstək mexanizmi Saf Gübrə MMC tərəfindən icra olunacaqdır.

Biz inanırıq ki, əməkdaşlığınız sizi də bizi də gücləndirəcəkdir!


 

Müraciət et

Filial müraciəti

Əziz dostlar

Saf Gübrə MMC kənd təsərrüfatı sektorunda gübrə və dərman pereparatlarının topdan və pərəkanda satışını həyata keçirən uğurlu bir şirkət nümunəsidir. Hazırda 100 dən çox mal çeşidi ilə fermerlərimizin tələblərini yerinə yetirən şirkətimiz satış sonrası məsləhət xidmətini də ehmal etməyərək müştəri məmnuniyyətini ən üst səviyyədə tutaraq professional bir xətt üzrə fəaliyyətini davam etdirir. Keyfiyyətli mal tədarükü və dəqiq məsləhət xidməti ilə müştərilərinin rəğbətini qazanan şirkətimiz daha çox vətəndaşa xidmət göstərmək məqsədilə Azərbaycanımızın müxtəlif regionlarında yeni filiallarını açmağı qarşısına məqsəd qoymuşdur. 

Bu məqsədlə Saf Gübrə MMC özünə güvənən və bu işdə marağı olan şəxsləri və şirkətləri əməkdaşlığa dəvət edir. Əməkdaşlıq çərçivəsində şirkətimiz “Saf Gübrə” brendi altında yeni mağazanın açılmasında sizə texniki və məsləhət xidməti ilə dəstək olacaq və eyni zamanda öz məhsullarımızla sizi təmin edəcəyik. Bunun üçün tərəflər arasında əməkdaşlıq müqaviləsi imzalanmalı və tərəflərin hüquq və öhdəlikləri əvvəlcədən notarial qaydada razılaşdırılaraq təsdiq olunmalıdır. 

Hazırda gübrə və dərman pereparatları bazarında çox ciddi rəqabətin olduğunu nəzərə alaraq bu işə bizimlə başlamağınız tövsiyyə olunur. 


 


 

Müraciət et

Ekspert kimi qeydiyyatdan keç

Əziz dostlar

Saf Gübrə MMC şirkəti sizi əməkdaşlığa dəvər edir. Əgər siz də bizimlə əməkdaşlıq edib və bizim həyata keçirdiyimiz dövlət və özəl layihələrdə iştirak etmək istəyirsənizsə bizə yazın. Şirkətimiz dövlət əhəmiyyətli layihələrə müraciət edərək müxtəlif qurumlar tərədindən həyata keçirilən tender və kotirovka tipli dövlət satınalmalarında iştirak edir. Eyni zamanda özəl sifarişlər əsasında qəbul olunan müxtəlif layihələrdə şirkətimiz əsas podratçı kimi çıxış edir. 

Bu cür layihələrdə bizimlə əməkdaşlıq etmək istəyirsənizsə aşağıdakı formu dolduraraq bizə göndərin. Mürəciətiniz tərəfimizdən diqqətlə nəzərdən keçiriləcək və sizin bilik və bacarıqlarınıza uyğun olaraq müvafiq layihəyə cəlb olunacaqsınız. Bu işbirliyi qarşılıqlı razılaşma əsasında tərəflər arasında müqavilə imzalandıqdan sonra baş tutacaqdır. 

Bu müraciətə aqronomlar, suvarma sistemini mükəmməl səviyyədə bilənlər, soyuducu anbar və istixana mütəxəsissləri və ümumilikdə bağ sahəsində təcrübəli mütəxəssislər qoşula bilərlər.


 

Müraciət et

İşə müraciət

Əziz dostlar

Əgər siz də Saf Gübrə MMC ailəsinə qoşulmaq istəyirsənizsə aşağıdakı formu dolduraraq bizə göndərin. Şirkətimiz çalışqan və özünə inanan gəclərə imkan yaradaraq onların professional karyeralarında uğur qazanmaları üçün şirkətimizdə müxtəlif pozisiyalarda işləməyə inkan yaradır. 

Şirkətimizdə vakansiyalar vaxt aşırı elan olunur və maraqlı şəxslər müraciət edərək özlərini sınaya bilərlər. Bunun üçün iş təcrübəsi tələb olunmur və yalnız universitet və ya texniki peşə məktəbini qurtarmaq kifayət edir. Bütün hallarda işə götürülən şəxlərlə rəsmi əmək müqaviləsi imzalanır və 3-6 ay aralığında onlara sınaq müddəti tanınır. Bu müddət ərzində özünü doğruldan şəxslərlə uzun müddətli müqavilələr imzalanaraq davam edilir.

İqtisadiyyat, maliyyə, biznesin idarəolunması, mühasibatlıq, kənd təsərrüfatının müxtəlif istiqamətlərində təhsil almış şəxslər şirkətimizə müraciət edə bilər.

Uğur karyeranıza bizimlə başlayın.


 

Müraciət et