+99455 205 30 74

info@safgubre.az

Təlim/Sertifikasiya

Saf Gübrə MMC iqtisadiyyatın müxtəlif sahələri üzrə, o cümlədən kənd təsərrüfatı sektoru üzrə təlimlər təşkil edir və təlimləri uğurla bitirən şəxlərə sertifikatlar təqdim edir. Hazırda ilk olaraq GlobalG.A.P. sertifikatının təlimləri ilə məşğul olan şirkətimiz ölkədə yetişdirilən məhsulların beynəlxalq standartlara cavab verməsi üçün hansı aqro-texniki proseslər tələb olunur bu haqda öz əməkdaşlarını məlumatlandırır.  

GlobalG.A.P. sertifikatı hazırda bütün dünyada tanın bir keyfiyyət sertifikatıdır və bu sertifikatı əldə edən şirkətlər öz məhsullarını rahat bir şəkildə Avropa və Şimali-Amerika qıtə ölkələrinə və eyni zamanda ərəb ölkələrinə sata bilərlər. Bu səbəbdəndir ki, öz xarici bazarlarını genişləndirmək istəyən şirkətlər GlobalG.A.P. standartlarını bilən və onları tətbiq etməyi bacaran mütəxəsisslərə ehtiyacı var. 

Əgər sizdə bu keyfiyyət standartlarını öyrənib böyük şirkətlərə bu xidməti göstərmək istəyirsənizsə bizim təlimlərimizdə iştirak edin. Təlimlər ödənişlidir və modullar əsasında tərtib olunuşdur. 

Təlimdə iştirak etmək üçün aşağıdakı formu doldurub bizə göndərin.