+99455 205 30 74

info@safgubre.az

Biz kimik?

Saf Gübrə MMC

Hər bir ölkənin iqtisadi gücü eyni zamanda onun ərzaq təminatı/təhlükəsizliyində özünütəminetmə qabiliyyəti ilə ölçülür. Başqa sözlə əgər bir ölkənin kənd təsərrüfatı kifayət qədər inkişaf edibsə demək ki, o eyni zamanda iqtisadi olaraq güclü ölkədir.

Dünya əhalisinin ildən ilə artdığı bir zamanda ərzaq təminatı/təhlükəsizliyi yalnız kənd təsərrüfatında məhsuldarlığın artırılması ilə mümkündür. Ölkə sərhədlərinin toxunulmaz olduğunu nəzərə alaraq, dövlətlər əlavə torpaq ehtiyatlarını artıra bilməyəcəklər üçün məhsul artımını yalnız və yalnız bir vahidə düşən torpaqda əlavə məhsuldarlıq yaradaraq əldə etməklə mümkündür. 

Kənd təsərrüfatı sektorunda məhsuldarlığın artırılması isə müasir texnologiyaların tətbiqi ilə yanaşı keyfiyyətli gübrə və dərman preparatlarının istifadəsi ilə əldə ediləbilər.

Saf Gübrə MMC-nın yaradılması səbəbi də Azərbaycanda yerli fermer təsərrüfatlarına keyfiyyətli gübrə və dərman preparatlarının çatdırılmasının təşkil olunması, habelə onlardan düzgün istifadə qaydalarının öyrədilməsi istiqamətində müvafiq xidmətlərin göstərilməsidir. 

Saf Gübrə həm online topdan satış bazarında və həm də yerli sahibkarlara yaxın olmaq üçün bir başa regionda pərakəndə satışla məşğuldur. Şirkətimiz müştəri məmnuniyyətini düşünərək satış öncəsi və sonrası məlumat dəstək xidmətini daim açıq tutaraq fermerlərin ən az maliyyətlə öz məhsullarına layiqli xidmət göstərmələrinə dəstək olur.

Məqsədimiz

GLOBALG.A.P. sertifikatı

Saf Gübrə MMC 2023-cü il tarixindən GlobalG.A.P. təşkilatının “qeydiyyatdan keçmiş təlimçi (registred trainer)” statusunu almışdır. 

GlobalG.A.P. təşkilatı kənd təsərrüfatı məhsullarının idxal və ixracında qəbul edilmiş beynəlxalq keyfiyyət nişanıdır. 

GlobalG.A.P. sertifikatını alan şirkətlərin məhsulları beynəlxalq dövriyyələrinə görə daha rəqabətqabiliyyətli, xüsusilə də Avropa və Şimali Amerika qitəsi ölkələrinin bazarlarına girişi daha rahatdır. 

Şirkətimiz bu məqsədlə yerli məhsulların Avropa və Amerika qitəsi ölkələrinin bazarlarına açılması üçün məsləhət və texniki dəstək xidmətlərini təklif edir. 

Saf Gübrə Azərbaycanda öz dəsti xətti ilə seçilməyi və ölkədə yaşıl iqtisadiyyatın inkişafına töhvə verməyi özünə məqsəd qoymuşdur. 

Tərəfdaşlarımız