+99455 205 30 74

info@safgubre.az

Aqranom məsləhəti

Aqranom dedikdə savadlı və bacarıqlı kənd təsərrüfatı mütəxəssisi başa düşülür. Yəni həm nəzəri bilikləri mənimsəmiş və bu sahənin elmini öyrənmiş və həmdə bu ixtisas üzrə yetəri qədər təcrübəsi olan peşəkarlar nəzərdə tutulur. Aqronomun əsas vəzifəsi torpağın xassəsləri və kənd təsərrüfatı bitkilərinin tələbi əsasında torpaq münbitliyinin fasiləsiz artımını təmin edən aqrotexniki və meliorativ tədbirlər sistemini həyata keçirməkdir. 

Məlumdur ki, hazırda bu keyfiyyətləri özündə daşıyan həqiqi mütəxəssis sayı azdır. Bu səbəbdəndir ki, sahibkarlar böyük sərmayelər qoyaraq min bir əziyyətlə qurduqları bağçılıq təsərrüfatlarını hər kəsə əmanət edə bilmirlər. 

Saf Gübrə MMC olaraq şirkətimiz bu məsələdə sizin dəstəyinizə çataraq təcrübəli və sınanmış aqranom heyətini sizin xidmətinizə təqdim edir. Uzun illərin təcrübəsi və son yenilikləri yaxından təqib edən aqranom dostlarımız sizin bağlarınız və istixanalarınıza yüksək səviyyədə xidmət göstərərək məhsuldarığın artırılmasında və yüksək gəlir əldə edilməsində sizlərə köməklik edə bilər. 

Bunun üçün bizimlə əlaqəyə keçərək müraciətlərinizi bizə bildirin. 

Etimadınızı doğruldacağımıza əminik!