+99455 205 30 74

info@safgubre.az

Yeni bağların salınması

Saf Gübrə MMC kənd təsərrüfatının bütün sahələri üzrə, o cümlədən bağçılıq üzrə ixtisaslaşaraq intensiv bağların salınmasında geniş təcrübə əldə etmişdir. Uzun illərdir ki, bu sektorda fəaliyyət göstərən mütəxəssislərimiz indiyə qədər alma, üzüm, nektarin, şaftalı və ərik bağlarının salınmasında bilavasitə iştirak edərək uğurlu layihələri icra etmişlər. Bağlarla yanaşı istixanaların da sıfırdan qurulması və istifadəyə verilməsi göstərdiyimiz xidmətlərin arasındadır. 
Tingçilik və toxumçuluq üzrə Azərbaycanın ən tanınmış şirkətləri ilə əməkdaşlıq edən şirkətimiz onlardan əldə etdiyi sertifikatlı tinglər və toxumlarla qurduğu bağlar və istixanalarda yüksək məhsuldarlıq əldə edərək öz müştərilərinin məmnuniyyətini və güvənini qazanmışdır. 
Yeni bağların salınmasında tələb olunan bütün istiqamətlər üzrə - müasir suvarma sistemlərinin qurulması, torpaq və su analizləri əsasında bitki örtüyünün düzgün seçilməsi, NDVİ proqramları ilə peyk  vasitəsiylə torpağın erroziya və yaşıl kütlə ölçmələrinin aparılması, üzvü və qeyri-üzvü gübrələrdən təlimatlara uyğun istifadə qaydası, pestisid və herbisidlərdən beynəlxalq normalara uyğun istifadə, ağacların budama və calaq işlərinin aparılması və s. kimi fəaliyyətlər üzrə öz peşəkarlığını ortaya qoyan Saf Gübrə MMC dəyərli müştərilərinə xidmət göstərməyə davam edir. 
Unutmayın ki, bağçılıq xüsusi istedad tələb edən bir sənətdir və ona laqeyid yanaşmaq olmaz.